Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Toy təşkilatçıları cərimələndi, obyekt sahibinə cinayət işi açıldı

144 Baxış

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin qaydalarının pozulduğu toy məclisləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Bağman, Məlikballı, Təzə Şilyan, Qazıqumlaq və Xələc kəndlərində yerləşən beş fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Yeni Əyricə, Nazırlı, Zümürxan, Lək, Qaradəmirçi və Hüseynbəyli kəndlərində yerləşən altı fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktik söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunan daha bir toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Ulum” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Həmin obyektin sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Toyun təşkilatçısı ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 400 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Ulum” şadlıq sarayında bundan əvvəl də toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən edilib və həmin vaxt obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 4000 manat cərimə olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678