Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət Komissiyası narkomaniyaya qarşı daha effektiv mübarizə üçün qərarlar qəbul edib

105 Baxış

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarət gücləndiriləcək.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında son dövrlərdə narkotik vasitələrin ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

İclasın yekunu olaraq gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarətin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678