Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda icra başçısının atası vəfat etdi – FOTO

112 Baxış

Laçın Rayon Ağsaqqallar Şurasının üzvü, əməkdar kənd təsərrüfatı işçisi Ağaxan Nəzərov vəfat edib.

Bildirilib ki, o, 73 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Ağaxan Mirzə oğlu Nəzərov 1948-ci il avqustun 14-də Laçın rayonunun Məzməzək kəndində anadan olub.

1965-1987-ci illərdə rayonun Güləbird kəndindəki “Sarı Aşıq” adına kolxozda müxtəlif işlərdə çalışıb. 1987-ci ildə Güləbird kənd yanacaq doldurma məntəqəsinə müdir təyin edilib.

1997-ci ildən yaratdığı “Müqabil” firmasının rəhbəri vəzifəsində çalışıb. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Laçın rayon Ağsaqqallar Şurasının üzvü, eyni zamanda Laçın Polis şöbəsi yanında hüquq qaydasının təmini üzrə İctimai Şuranın üzvü olub.

Prezident İlham Əliyevin 19 fevral 2009-cu il sərəncamı ilə Laçın şəhərinin 85 illik yubileyi münasibəti ilə əməkdar kənd təsərrüfatı işçisi fəxri adına layiq görülüb.

A.Mirzəyev Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin atasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678