Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda 25 yaşlı oğlan itkin düşüb – FOTO

137 Baxış

Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Qəfarov iyun ayının 28-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, H.Qəfarov 170 santimetr boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində sarı köynək, göy rəngli şalvar və boz rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678