Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan yeni tikilən hava limanlarını İsrail hərbi təyyarələrinin üzünə aça bilər? – İLGİNC AÇIQLAMA

236 Baxış

“Füzuli Beynəlxalq Hava Limanının açılışında olduqca möhtəşəm mənzərələrə şahid olduq. Təbii ki, siyasi ənənəçilərin narazılığı və qeybətinə də şahidlik etdik. Onların ən çox etiraz etdiyi məsələ “bu və ya yeni açılacaq bu kimi hava limanlarına büdcədən yüksək məbləğdə vəsait ayrılmasına gərək yox idi”, “ümumiyyətlə, bu cür obyektlərin tikintisinə ehtiyac yoxdur, çünki onlar gəlir gətirməyəcək, rentabelli işləməsi şübhə altındadır” və sair fikirlər idi”.

Turanmedia.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında jurnalist Elçin İlqaroğlu səsləndirib. Elçin İlqaroğlu deyir ki, ilk baxışda onlara bəlkə də haqq vermək olar: “Ancaq İsrail bizim müttəfiqimizdir, dost və qardaş ölkədir. Bu ölkənin hərbi hava qüvvələri dünyada sayılıb-seçilən, ilk onluğa girən hərbi birləşmədir. Ancaq İsrailin ərazisi olduqca kiçikdir, təbii ki, bu kiçik ərazinin səması da o qədər geniş deyil. Bu səbəbdən də İsrail Hərbi Hava qüvvələrinə məxsus döyüş təyyarələrinin hərbi təlimlər vaxtı manevr etmə imkanları çox dar çərçivədədir. Əvvəllər İsrail bu problemini Türkiyə vasitəsilə həll edir, hərbi təlimlər vaxtı Türkiyənin səması və eləcə də bəzi hava limanlarından yararlanırdı. Təbii ki, bunun üçün İsrail Türkiyəyə ödəmə edirdi. Bu ödəmə heç də az deyildi, ciddi rəqəmlərdən söhbət gedir. Türkiyə ilə İsrailin münasibətlərində soyuqluq yaranan vaxtdan qardaş ölkə öz səmasını İsrail təyyarələrinə bağladı. İndi İsrail hərbi təyyarələri hərbi təlimlər vaxtı öz sərhədlərini aşaraq, Aralıq dənizi üzərində uçuşlar etmək məcburiyyətində qalır ki, bu da onlara sıxıntılar yaradır, beynəlxalq təzyiqlə üzləşirlər”.

Elçin İlqaroğlunun sözlərinə görə, nə üçün Azərbaycan öz səmasını və yeni tikilən hava limanlarını döyüş təlimləri keçməsi üçün dost və qardaş İsrailin hərbi təyyarələrinin üzünə açmasın? Bu da həmin hava limanlarının rentabelli işləməsi üçün bir çözüm: “Ağılabatandırmı? Təbii ki, hə. Azərbaycan müstəqil dövlətdir, öz siyasətini özü müəyyənləşdirir. Kimə nə biz hava limanlarımızı hansı ölkəyə icarəyə veririk? Kim bu durumda etiraz edib, dodaq büzəcəksə, belə canı cəhənnəmə…” //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678