Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilər faktor kimi xəritədən yoxa çıxırlar – Rusiyalı ekspert

141 Baxış

Ermənilərin son bir ildə dünyagörüşü kəskin şəkildə dəyişib, onlar real güc təmsil etmədiklərini anlayıblar.

Turanmedia.az-ın məlumatına görə, bunu Vesti.Az-a açıqlamasında rusiyalı ekspert Qriqori Trofimçuk bildirib.

“Əslində, ermənilər özləri də başa düşüblər ki, onlar real qüvvəyə sahib deyillər və bundan başqa, Ermənistan indi daha çox çökə bilər. Bu, ona görə deyil ki, Azərbaycan Ordusu İrəvanı da ala bilər, sadəcə ona görə ki, ermənilər xəritədən faktor kimi yoxa çıxırlar. Üstəlik, yəqin ki, bu, qorxulu səslənir, lakin ermənilərə nə onların dini tarixi atributları, nə də əsas diqqət yetirdikləri inancları kömək etmədi”, – deyə politoloq vurğulayıb. Daha sonra: “Ermənistan vətəndaşları döyüşmək istəmirlər, istəyirlər ki, bunu onların yerinə başqaları etsin”, – deyə o əlavə edib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678