Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Könüllərdə taxt quran Könül müəllim:”İnsan həyatda qazandığı uğurda tək ola bilməz”.

141 Baxış

Mingəçevir 19 saylı məktəbin kollektivi başda məktəbin direktor vəzifəsini icra edən Ülviyyə Fətəliyeva olmaqla məktəbin az dili-ədəbiyyat müəllimi, “Əməkdar müəllim” Könül Aydını böyük təm-təraqla dəvət aldığı Mingəçevir Dövlət Universitetinə (MDU) yolasalma mərasimi keçiriblər.Öz zəhməti yüksək peşəkarlığı ilə sevilib-seçilən, könüllərdə taxt quran Könül müəllimə həm şagirdlərin,həmdə kollektiv arasında böyük nüfuza malik müəllimdir desək yanılmarıq.Bunu deməyə o əsas verir ki,bu müəllimin bu qədər sevilməsinin hər an şahidi olmuşuq.Yolasalma mərasimində düzənlənən tədbirdə Ülviyyə Fətəliyeva çıxış edərək onlar üçün dəyərli olan Könül müəllimənin uğurlarına sevinərək ona dəstək olublar. Bildirib ki,Könül müəllimin əvvəlki fəaliyyəti 8 saylı məktəbdə olub. 2005-ci ildən isə Mingəçevir 19 saylı məktəbdə çalışıb. Könül müəlliməni tanımaq üçün bizə illər lazım idi deyən direktor 16 ildir məktəbimiz fəaliyyət göstərir bu müddət ərzində bu xanımın fəaliyyətinə nəzər salanda görünür ki,o,öz üzərində işləyən , özünə hesabatlılıqda öz peşəsini layiqincə yerinə yetirən, öz üzərində işləyən ,günü-gündən yenilənən müasir tələblərələ ayaqlaşır və onu da təhsil verdiyi şagirdlərə böyük həvəslə çatdırır. Bunun da arxasında onun məqsədi və nəticəsi durur.Ülviyyə müəllimə onu da dedi ki,gən müəlliməmiz heç vaxt öz uğurları ilə razılaşmır. İstəyir ki,o uğurların ən yüksəyini və ən alisini əldə edə.Biz inanırıq ki, o,buna nail olacaq. O da diqqətə çatdırıldı ki,Könül müəllimə bu tədris ilində iki uğur əldə edib.Bu uğurlar müəllimənin öz zəhmətinin bəhrəsidir. Könül müəllimə özünü də dəyərləndirməyi və qarşısındakını da dəyərləndirməyi bacaran ,dünya görüşlü gənc müəllimədir.Müəllimənin ilk uğuru MDU-nun rektoru Şahin Bayramov tərəfindən universitetə dəvəti oldu.Mən Könül müəllimənin uğuruna sevindim ,bir az da kədərləndim ki,yəni belə bir müəllimə ilə işləməyəcəyimizə görə.Onu da deyim ki,onun hər hansı uğuru bizim uğurumuzdur”.

Müəllim peşəsi, müəllim adı müqəddəsdir. Bu peşə sahibləri xüsusi hörmət və ehtirama layiq olmaqla insana ilk düz yol göstərən, onun mükəmməl insan olmasında stimul verən əsas qüvvədir. Məhz buna görə də Prezident İlham Əliyev təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb və Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Könül müəllimə “Əməkdar müəllim”fəxri adına layiq görülüb.

Tədbirdə Könül müəllimə də ona göstərilən bu etimada görə əziz kollektivinə,Ülviyyə müəlliməyə təşəkkürlərini bildirib.Qeyd edib ki,o,bu adı almaqda burada əyələşən insanlara minnətdardır. Deyir ki,insan həyatda qazandığı uğurda tək ola bilməz:”Kollektivim mənim həm ata,anam ,həm də dayağım olub.Ürəyimdə onlara qarşı təmiz hisslər,sevgi var.Əlimə pul gələndən bildim ki,hər şey ala bilərəm,amma pulla insanın ürəyini ələ almaq olmaz.Əgər mənim təmiz,saf ürəklərdə yerim varsa nə xoşbəxtəm mən.Bu kollektivdə özümə çox yaxın insanlar qazanmışam. Əminəm ki,bundan sonrada işlədiyim digər kollektivdə də bu səmimiyyəti qazana biləcəm.Mən Ülviyyə müəlliməyə çox minnətdaram həmişə biz müəllimlərə stimul verir,şərait yaradır ki,biz uğur əldə edək.Bu fürsətdən yararlanıb bizdə bu uğurları əldə etmişik.Hər kəsə öz dərin təşəkkürümü çatdırıram”.

Daha sonra kollektivin digər üzvüləri də Könül müəllimə haqqında xöş ürək sözləri ilə çıxış ediblər.

Esmira Hidayətova //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678