Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda məktəbli güllələnərək ÖLDÜRÜLDÜ

134 Baxış

Mingəçevirdə qətl hadisəsi baş verib.

Turanmedia.az xəbər verir ki, “Unikal”-ın əldə etdiyi məlumata görə, hadisə “Energetiklər” yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı “Yeni həyat” qəsəbəsində qeydə alınıb.

Belə ki, ərazidə olan parkda iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.

Qəsəbə sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Kərimov Orxan Tofiq oğluna atəş açıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678