Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“16 noyabrda 32 erməni hərbçi saxlanılıb” – Paşinyan

112 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı saxlanılan erməni hərbçilərin sayını açıqlayıb.

Turanmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, bu rəqəm Ermənistan Müdafiə Nazirliyinin açıqladığı kimi 19 yox, 32-dir.

Paşinyan bildirib ki, saxlanılan 32 erməni hərbçi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

“Başa düşürəm, belə danışmaq yersizdir… Amma altı ölü, 24+8 saxlanılan var. Bununla belə, məlumatları dəqiqləşdirmək lazımdır. Üstəlik, saxlanılanlar arasında yaralılar da var”, – Paşinyan deyib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678