Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İlham Əliyev Putinə başsağlığı verdi

110 Baxış

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində baş vermiş qəza nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678