Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kollecdə “Könüllülük həftəsi” keçirilib.

205 Baxış

Turanmedia.az xəbər verir ki, 05 dekabr 2021-ci il tarixində Beynəlxalq Könüllülər günü münasibəti ilə Mingəçevir Turizm Kollecinin aktiv və dəyərli könüllüləri üçün asudə vaxtlarının səmərəli təşkili olunması istiqamətində “Könüllülük həftəsi” adı altında tədbirlər keçirilib. İlk öncə kollecin Mədəni kütləvi tədbirlər üzrə təşkilatçısı Şahlar Mirzalıyev könüllülər üçün “Könüllülük bizə nə qazandırır? ” adlı motivasiya təlimi keçib. Təlimçi Şahlar Mirzalıyev könüllülüyün onların gələcək karyerasının başlanğıcı olduğunu bildirib. Təlimin sonunda əyləncəli oyunlar keçirilib və qiymətləndirmə aparılıb.

Daha sonra könüllülər öz adlarına xas olaraq, onlar bayramları olmasına baxmayaraq bu gün də təbiətin mühavizəsi üçün antropogen təsirə məruz qalmış Mingəçevir su anbarının sahilinə “Ekotur” təşkil ediblər. Hər zaman tələbələrinin yanında onlara dəstək olan Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov könüllülər üçün dəyərli olan bu gündə də onların yanında olub. Kamal müəllim və könüllülər tullantılarla çirklənmiş sahildə təmizləmə işləri aparıblar.

Günün daha əyləncəli olması üçün könüllülər voleybol , futbol və digər əyləncə oyunları oynanılıb. Günün sonunda isə “Beynəlxalq Könüllülər günü” münasibəti ilə kollecin mədəni-ictimai tədbirlərində fəal iştirak edən tələbələri kollecin direktoru Kamal Əhmədov tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Esmira Hidayətova //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678