Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətəndaşlara Mobil internet paketləri ilə bağlı xəbərdarlıq edildi – Pulsuz 50 GB internet paketi vəd edilir

150 Baxış

Vətəndaşlar FİFA Dünya Kuboku 2022 üzrə oyunları fasiləsiz izləmək məqsədilə pulsuz 50 GB mobil internet paketi qazanmağı vəd edən saxta kampaniya barədə mesajlara etimad etməməlidir.

Turanmedia.az banker.az-a istinadən xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Bildirilib ki, “İstifadəçilərdən ilk olaraq mobil nömrə daxil etmələri, daha sonra isə kampaniya barədə məlumatı Whatsapp vasitəsilə 12 istifadəçi və ya qrupla paylaşmaları tələb olunur. Vətəndaşlara belə uduş vəd edən kampaniyalara inanmamağı, keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edirik”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678