Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DTX Naxçıvanda daha bir əməliyyat keçirib – Saxlanılanlar var

66 Baxış

DTX Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasını araşdırmalara başlayıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Ovqat.com yerli mənbələrlə istinadla məlumat yayıb.

Bildirilib ki, xəstəxananın baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nın Naxçıvan Baş İdarəsinə aparılıb.

Saxlanılanların ciddi maliyyə oğurluğunda ittiham edildiyi vurğulanır.

Qeyd edək ki, baş həkimin müavini Ramazan Abbasovun yayda keçirilən attestasiya imtahanlarında 60 keçid balından cəmi 11 bal topladığı iddia edilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678