Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2022-ci ildə Ermənistan Qarabağ ermənilərinə 411 milyon dollar ayırıb – Bu pullar HARA GEDİR?

58 Baxış

Ermənistan hökuməti Qarabağda məskunlaşan ermənilərə daha 4 milyard dram (təxminən 10 milyon dollar) ayıracaq.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

“2022-ci ildə Ermənistan büdcəsindən Qarabağa görünməmiş yardım ayrılıb. Bu, təxminən 164 milyard dramdır. Üstəlik, sabah qəbul ediləcək qərara görə, bu rəqəm yəqin ki, 168 milyard dram olacaq. Bu məbləği hökumət üzvləri yox, işləyən və yaradan minlərlə insan formalaşdırıb”, – deyə Paşinyan bildirib.

Paşinyanın özünün də təəccüblə xəbər verdiyi bu məlumat həqiqətən fikirləşməyə vadar edir.

2022-ci ildə Ermənistan Qarabağ ermənilərinə 411 milyon dollar ayırıb!

Ermənistana “kasıb və zəif ölkə” deyilsə də, bu, belə deyil. Ermənistan Azərbaycan ərazisində müqaviləli əsgərlər ordusu saxlamağa qadir olan təcavüzkar ölkədir.

Ermənistan büdcəsinin Qarabağ ermənilərinə xərcləri Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının göstəricilərindən biridir.

Paşinyan deyir ki, bu məbləği hökumət üzvləri yox, işləyən və yaradan minlərlə insan formalaşdırıb. Bəs erməni vergi ödəyicilərinin pulları hara gedir?!

Niyə Qarabağ separatçıları bütün günü “ay haray, qoymayın, acından öldük, yeməksiz, dərmansız qaldıq, qırılırıq”, deyə car çəkirlər?!

Azərbaycanlı ekspertlərin qısa araşdırmasına görə, tutaq ki, Qarabağda 120 min erməni var və 411 milyonu 120 minə böləndə adambaşına 3425 dollar düşür.

Rusiya mənbələri Qarabağda 54 min insanın olduğunu bildirir. 411 milyonu 54 minə böləndə 7611 dollar alınır.

Azərbaycan isə Qarabağda 25-30 min erməni olduğunu iddia edir. Adambaşına 411 milyonu 30 minə böləndə 13 700 dollar alınır.

Bu hesablamalardan bəlli olur ki, Qarabağda bu pulla bəy-xan kimi və Ermənistandan da qat-qat yaxşı yaşamaq olar.

Deməli, bu pullar ermənilərin güzəranını yaxşılaşdırılmasına yox, erməni silahlı tör-töküntülərinin və qanunsuz dəstələrin saxlanmasına gedir!

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678