Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə xilasetmə əməliyyatları dayandırıldı

55 Baxış

Hazırda Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları dayandırılıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O qeyd edib ki, indi infrastrukturun bərpası üzrə işlər aparılır:

“Türkiyədə baş verən zəlzələlər ümumi sahəsi 110 min kvadrat metr olan, 14 milyon əhalinin yaşadığı 11 vilayəti əhatə edib. Təbii fəlakət zonasında binaların əksəriyyəti müxtəlif dərəcədə zərər görüb. Bu bölgələrdə zədələnməmiş binalar olsa da, orada yaşamaq qəti qadağandır”.

Qeyd edək ki, FHN xilasediciləri Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə ezam olunmuşdular.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678