Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rusiya bu iki ölkəni nüvə silahı ilə vuracaq” – Felştinski tarixi göstərdi

53 Baxış

Rusiya nüvə silahını Qərbi təhdid etmək üçün yox, Litva və Polşanı vurmaq məqsədilə Belarusa göndərməyi planlaşdırır.

Turanmedia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Yuri Felştinski deyib.

Onun iddiasına görə, NATO-nun buna qarşı cavab tədbirləri Belarusu bir dövlət kimi tamamilə yer üzündən silə bilər.

“Rusiyadan nüvə silahı ilə hədələyə bilərsiniz. Rusiya bunu kifayət qədər ardıcıl və müntəzəm olaraq təkrarlayır. Ona görə də Qərb və ya Avropanı təhdid etmək üçün Belarusa nüvə silahı göndərməyə ehtiyac yoxdur. Mən tamamilə öz məsuliyyətimlə deyirəm ki, Qərb qabaqlayıcı tədbirlər görməsə, bu ilin sentyabrından gec olmayaraq Belarusdan Litva və Polşaya nüvə zərbələri endiriləcək”, – ekspert bildirib.

Felştinskinin sözlərinə görə, Putinin Belarusu ilhaq etməməsinin yeganə səbəbi ondan nüvə zərbəsi üçün tramplin kimi istifadə etmək niyyətidir.

“Əgər Putinin keçməməli olduğu və ya keçməsi Avropa üçün sözün əsl mənasında fəlakətli nəticələrə səbəb olan “qırmızı xətlər” var idisə, bu “qırmızı xətt”i artıq Putin keçib”, – ekspert söyləyib.

Felştinski əmindir ki, Belarusdan gələcək nüvə zərbəsinə verilən cavab bu ölkəni məhv edəcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678