Ərdoğan kosmosa gedəcək şəxslərin adını açıqladı
10 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kosmosa gedən türklərin adlarını açıqlayıb.
Turanmedia.az “Star” qəzetinə istinadla xəbər verir ki, Prezident bu barədə İstanbul Atatürk Hava Limanında davam edən “TEKNOFEST” ziyarəti zamanı elan edib.
“Tuva Cihangir Atasever “Roketsan”da kosmosa buraxılış sistemləri sahəsində çalışan sistem mühəndisidir. Alper Gezeravcı isə Hərbi Hava Qüvvələri Komandanlığımızda mühüm uğurlar qazanmış qəhrəman türk pilotudur. Kosmosa səyyahət 2023-cü ilin son rübü planlaşdırılır. Türkiyənin ilk insanlı kosmik missiyasına çıxacaq dostumuz 14 gün beynəlxalq kosmos stansiyasında qalacaq”,- deyə o bildirib.