Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə bunu 5 saniyəyə edərdi – Papoyan

45 Baxış

“Sərhədin açılmasından Ermənistan fayda verməsəydi və bu, yalnız Türkiyə üçün faydalı olsaydı, 5 saniyə ərzində onu açardı”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu erməni deputat Gevorq Papoyan deyib.

“Axı sərhədi bağlayan Türkiyə olub. Beləliklə, Azərbaycanı dəstəkləməklə yanaşı, Ermənistana iqtisadi təzyiq göstərir. Və bunu heç vaxt gizlətməyiblər”, – Papoyan bildirib.

Deputat qeyd edib ki, sərhədlərin açılmasının fəlakətli nəticələrə gətirib çıxaracağı haqda rəvayətlər sadəcə olaraq gülüncdür. Onun sözlərinə görə, bunun reallıqla heç bir əlaqəsi yoxdur.
“Ermənistan-Türkiyə sərhədinin açılması iqtisadi inkişafa, iş yerlərinin açılmasına, biznesin inkişafına, vergilərin artmasına və sosial vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq”, – deputat qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678