Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Forbes” Vardanyandan yazdı

42 Baxış

ABŞ-ın tanınmış “Forbes” jurnalı Ruben Vardanyanı Ermənistan və Azərbaycan arasında davamlı sülhün qarşısını alan lider adlandırıb.

Turanmedia.az-ın Axar.az-a istinadən məlumatına görə, məqalədə vurğulanır ki, Vardanyan saxlanılaraq Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

“Mayın 28-də Vardanyan özünün rusdilli Teleqram kanalında bildirib ki, separatçılar Azərbaycanla heç bir müqavilə imzalamamalıdırlar. Vardanyan bir müddətdir ki, separatçılarla əlaqə saxlayır. Vardanyan özünün Tvitter səhifəsində insan haqları məsələləri ilə bağlı yazır və regionu Ermənistanla birləşdirən yolun qondarma “blokadası”ndan danışır”, – jurnalda qeyd olunur.

Bildirilir ki, Moskvadan Azərbaycanın Qarabağ bölgəsinə “ixrac edilən” kriminal oliqarx, vaxtilə separatçıların qondarma “dövlət naziri” olmuş Vardanyan çox güman ki, fərdi sanksiyalar riskinin qarşısını almaq üçün öz “vəzifəsini” tərk edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678