Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail və Rusiya arasında GƏRGİNLİK

41 Baxış

İsrailin Moskvadakı müvəqqəti işlər vəkili Ronen Kraus Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Diplomata İsrailin Kiyevdəki səfiri Mixail Brodskinin açıqlamaları ilə bağlı narazılıq bildirilib.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Rusiya və İsrail tarixi yenidən yazmaq və “nasist cəzalandırıcılarının əlaltılarını izzətləndirmək” cəhdlərinin qarşısını almaq üçün çox çalışıblar. “Bu istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb”, – nazirlik əlavə edib.

Bu gün İsrailin Ukraynadakı səfiri Mixail Brodski “İton.tv” portalına müsahibəsində bildirib ki, ukraynalılar indi yalnız öz qəhrəmanlarını axtarırlar, buna görə də onların bəziləri üçün Ukrayna Millətçiləri Təşkilatının nümayəndələri, məsələn, Bandera , Şuxeviç, Melnik həqiqətən qəhrəmandırlar, çünki onlar ölkənin müstəqilliyi uğrunda mübarizə aparıblar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678