Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Priqojinlə 30 dəqiqə söyüşlə danışdıq” – Lukaşenko detalları açdı

39 Baxış

Priqojinlə danışıqların birinci mərhələsində general Yunus-Bek Yevkurov və Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikovdan başqa heç kim iştirak etməyib.

Turanmedia.az xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko “Vaqner” rəhbəri Yevgeni Priqojinlə 24 iyunda apardığı danışıqların detallarını açıqlayarkən deyib.

O bildirib ki, danışıqların təşkilində mühüm rol general Yunus-Bek Yevkurova məxsusdur:

“Saat 11.00-da o (Priqojin – red.) dərhal telefonu qaldırdı. Daha doğrusu, Yevkurov zəng etdi, telefonu ona verdi: “Belarus prezidenti zəng edir, danışarsan?” “Aleksandr Qriqoryeviçlə danışaram” – dedi. Onların söhbətini eşitdim. Telefonu götürdü. Yevgeni tam bir eyforiya içindəydi. İlk raundda 30 dəqiqə söyüşlə danışdıq. Normal lüğətdən 10 dəfə çox söyüş (sonradan təhlil etdim) var idi. Təbii ki, o, əvvəlcə üzr istədi, sonra söyüşlə dolu sözlərlə vəziyyəti danışmağa başladı”.

Aleksandr Lukaşenka qeyd edib ki, “niyə bu danışıqlara başlamalıyam” deyə düşünüb:

“Onlar cəbhədən yenicə gəliblər, minlərlə dost itiriblər, öz yoldaşlarının ölümünü görüblər. Onlar çox inciyiblər, xüsusən də komandirlər. Və bütün bunlar Priqojinin özünə çox təsir etmişdi – mən bunu əvvəlcədən hesablamışdım. Bəli, o, belədir, bilirsiniz, qəhrəman oğlandır, amma hücum dəstələrinə rəhbərlik edənlər və bu ölümləri görənlər ona təzyiq və təsir göstərirdilər. Və belə bir vəziyyətdə, belə yarıdəli vəziyyətdə onunla bu dialoqu aparırdım”.(axar.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678