Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qorxuram ki, Putindən sonra hakimiyyətə o gəlsin”

46 Baxış

“Rusiya Leonid Brejnev dövrü (SSRİ) ilə müqayisə edilə bilən absurdluq və repressiyanın güclü qarışığı içində çürüyür”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu rusiyalı hüquqşünas, bu yaxınlarda Rusiyada fəaliyyəti qadağan edilmiş “Memorial” hüquq müdafiə təşkilatının rəhbəri Oleq Orlov deyib.

“Rusiya geri çəkilir. Biz kommunist totalitarizmindən çıxdıq, amma indi fərqli bir totalitarizm növünə qayıtmışıq. Mən buna faşizm deyirəm”, – hüquqşünas bildirib.

Orlov Rusiyadakı durumu “absurd” adlandırıb. O, Rusiyanın XXI əsrin dövlətləri arasında öz yerini tutmaq üçün tarixi şansını itirməsindən, indi onun gələcəyinin Ukraynadakı döyüş meydanında həll olunacağından təəssüfləndiyini söyləyib.

“Bu rejim uzun müddət qalarsa, Rusiya dünyanın qalan hissəsindən geri qalaraq uzunmüddətli, ləng parçalanma ilə üzləşəcək”, – Orlov vurğulayıb.

Hüquqşünas inqilaba inanmır və Vladimir Putinin varisinin öz çevrəsindən kiminsə olacağından qorxur. Onun fikrincə, bu, gələcəkdə islahatlar demək olmayacaq.

Orlovun fikrincə, Rusiyadakı repressiyaların indiki səviyyəsini SSRİ-də Xruşşovdan sonra ortaya çıxan Brejnev dövrü ilə müqayisə etmək olar.

“Çox güman ki, Rusiyanı yavaş-yavaş tənəzzül gözləyir. Bu, Brejnev dövrüdür. Dövlət hər şeyə qarışır: nəinki siyasətə, ictimai fəaliyyətə, mədəniyyətə, hətta şəxsi həyata da, iqtisadiyyat da tamamilə rejimə tabedir”, – Orlov deyib.(teleqraf.com)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678