Gürcüstan Prezidenti hökumətdən icazə almadan Fransaya gedib
17 Baxış

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfər edib.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Gürcüstanın Prezident Administrasiyasının yaydığı məlumata görə, Salome Zurabişvili noyabrın 10-11-də Fransa paytaxtında keçiriləcək Paris Sülh Forumunda iştirak edəcək.
Gürcüstan Hökumət Administrasiyası isə Prezidentin Fransa səfərinin təsdiqlənməsi üçün hökumətə müraciət edilmədiyini açıqlayıb. Qeyd olunub ki, forumda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.