Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Onlar Qarabağ ətrafında sabitliyi pozmağa çalışır – Peskov

22 Baxış

Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı açıq mübarizə aparırlar.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan atılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Həqiqətən də bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan tərəfi də rəsmi şəkildə bəyan etdi ki, bu ölkələr çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilər, çünki onlar birtərəfli vasitəçi rolunu öz üzərinə götürüblər. Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyəsə iddia etmək həm mümkün deyil, həm də yersizdir”, – Peskov bildirib.

Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır, lakin heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edə bilməz.

“Bizi oradan sıxışdırmağa çalışdıqlarını bilirik. Amma hələlik Rusiyadan başqa heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi belə bir rol oynaya bilmir. Rusiya isə səylərini davam etdirir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678