Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rektorun elmi işi plagiat çıxdı, istefa verdi

38 Baxış

Harvard Universitetinin rektoru Klaudin Gey təyinatından cəmi altı ay sonra elmi işində plagiat iddiaları, habelə ABŞ Konqresində təhsil müəssisəsində antisemitizm təzahürləri ilə bağlı dinləmələrdə uğursuz çıxışı ilə əlaqədar vəzifəsini tərk etmək niyyətindədir.

Turanmedia.az Tns-ə istinadən xəbət verir ki, bu barədə “The Harvard Crimson” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, rektor istefasını çərşənbə axşamı elektron poçtla elan edəcək.

Universitetin rəhbər orqanlarından biri olan Harvard Korporasiyasının üzvləri rektorun vəzifələrini müvəqqəti olaraq prorektor Alan M. Qarberə həvalə ediblər.

Qeyd edək ki, bundan əvvəl Pensilvaniya Universitetinin rektoru Liz Meqill İsrail əleyhinə etirazların artması fonunda istefa vermişdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678