Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şolts rezin çəkmə geyindi, fitə basdılar

47 Baxış

Saksoniya sakinləri Almaniya kansleri Olaf Şoltsu bölgəyə rezin çəkmələrlə gəldiyinə görə fitə basıblar.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazıb.

Nəşrin yazdığına görə, kanslerin onların problemi ilə bağlı siyasi məqamlar ortaya qoymağa çalışması insanların xoşuna gəlməyib.

Saksoniya torpaqları artıq bir neçə gündür ki, su altında qalıb. Şolts əvvəllər Aşağı Saksoniyaya səfər etmiş və oraya bir qədər uyğun olmayan ayaqqabılarla gəlmişdi, indi isə çəkmə geyinib.

Yerli sakinlər bu jesti qəbul etməyiblər. Onlar Şoltsu fitə basaraq qışqırıblar: “Get, get”.

Saksoniyada daşqınların səviyyəsi artır. Su yüksəlməkdə davam edir və bölgədə bəndin dağılacağından qorxurlar. Verdündə artıq evləri su aparıb və insanlar evakuasiya edilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678