Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin Odessanı nəzarətə götürə bilər – Kəşfiyyatçı

42 Baxış

Rusiya Prezidenti Vladimir Putin lazım gələrsə, Odessanı nəzarətə götürə bilər.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Toni Şaffer deyib.

“Putinin bunu istədiyini hesab etmirəm, amma düşünürəm ki, Odessanı almalı olacaq”, – Şaffer vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hava hücumlarına nəzarət edə bilmir, xüsusən də söhbət dronlardan gedir.

O, həmçinin əlavə edib ki, Ukraynanın nə Rusiya müdafiə xəttini keçmək üçün lazım olan qoşunları, nə də hücumu davam etdirmək üçün hava dəstəyi var.

“Rusların davamlı olaraq Ukraynaya güclü raket hücumları təşkil edə bilməsi Baydenin siyasətinin iflasa uğradığını göstərir. Effektiv olacaq heç bir sanksiya yoxdur”, – Şaffer söyləyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678