Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib – FOTO

138 Baxış

“Southwest Airlines” aviaşirkəti bir neçə gün əvvəl ABŞ-ın Yuta ştatında səhrada tapılan parlaq metal sütunu oğurladığını “etiraf” edib.

“Hamı bağışlasın, amma ona yenidən ehtiyacımız oldu”, – deyə “Southwest Airlines” şirkəti öz “Twitter” səhifəsində yazıb.

“Southwest Airlines”in zarafatcıl əməkdaşları həmçinin qeyd ediblər ki, parlaq metal sütun əvvəldən şirkətə məxsus olub və texniki informasiya əldə etmək üçün istifadə edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın Yuta ştatında səhrada tapılan iki insan boyunda sirli parlaq metal sütunun qəfil peyda olduğu kimi yoxa çıxdığı barədə xəbər yayılmışdı.

İnternet istifadəçiləri təsadüfən havadan müşahidə olunan zaman görünən sütunun məşhur Stenli Kubrikin “A space Odyssey” filminin qara monolitinə çox bənzədiyini qeyd edirlər.

İzdiham yaratmamaq üçün onun dəqiq koordinatları açıqlanmamışdı.

Sorry y’all, we needed it back. https://t.co/tuOKj1igF7 pic.twitter.com/d3SOF4GeMS

— Southwest Airlines (@SouthwestAir) November 29, 2020


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678