Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynada erməni nazirə qarşı cinayət işi qaldırıldı

134 Baxış

Ukraynanın Milli Antikorrupsiya Bürosu Daxili İşlər naziri Arsen Avakov və Milli Bankın keçmiş rəhbəri Valeriya Qontaryeva barəsində iş qaldırıb.

Bu barədə “Ukrainskie Novosti” agentliyi məlumat yayıb.

“Milli Antikorrupsiya Bürosu Milli Bankın keçmiş rəhbəri Valeriya Qontaryeva və Daxili İşlər naziri Arsen Avakovun mümkün sui-istifadə halları ilə bağlı cinayət işi açıb”, – deyə nəşr bildirib.

Qeyd olunur ki, iş 62 milyon avro vəsaitin əldə olunması ilə əlaqədardır. Pullar Avstriyanın “Meinl Bank Aktiengeselchaf” açılmış “CityCommerce Bank” hesablarında saxlanılıb.

Faktla bağlı istintaq “vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadəsi” maddəsilə iş qaldırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678