Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaxarova: “Üçtərəfli bəyanatın imzalanması dünya miqyasında ən vacib hadisələrdən biridir”

137 Baxış

“Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatı həyata keçirmək üçün qlobal, kompleks işlər görülməlidir”.

“Sputnik” agentliyi xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bəyanatın imzalanmasını yalnız regional deyil, həm də dünya miqyasında ən vacib hadisələrdən biri hesab etdiyini bəyan edib.

M.Zaxarova vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin epoxal bəyanatının arxasında nəhəng əmək dayanır:

“Möcüzə ilə reallıq arasında çox vacib seqment var. Bu, əməkdir. Məhz əmək, səbr, məsuliyyət, mehribanlıq və sevgi möcüzənin sona qədər həyata keçiriləcəyinin qarantıdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678