Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Quşları seyr etməyə çıxan kişi xəzinə aşkar etdi

279 Baxış

Böyük Britaniya sakini gəzinti zamanı təxminən 800 min funt sterlinq (təxminən bir milyon 842 min manat)  dəyərində bir xəzinə tapıb.

Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, kişi evdən quşları səyr etmək üçün çıxıb.

Gəzinti zamanı palçıqda qədim diskə bənzər parlaq cisim görüb və onu torpağın altından çıxarmaq qərarı verib.

Nəticədə Britaniya sakini sikkə dolu bardağ aşkar edib.

“Bu an ömrümün sonuna qədər yaddaşımda qalacaq”, – deyə xəzinə tapan britaniyalı qeyd edib.

Qeyd olunur ki, mütəxəssislərin qiymətləndirməsindən sonra britaniyalı ya sikkələri muzeyə sata, ya da özündə saxlamaq qərarı verə bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678