Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əliyevdən sonra Ərdoğanı o təbrik etdi

41 Baxış

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib, onu prezident və parlament seçkilərinin nəticələri münasibətilə təbrik edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, o, seçkilərin nəticələrinin Türkiyə liderinin islahatlarına xalq dəstəyindən xəbər verdiyini bildirib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb. Ölkə daxilindəki seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.

Türkiyə xaricindən daxil olan səslərin də 84.06 faizi hesablanıb.

Məlumata görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.

İkinci yerdə 44,96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.

“Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678