Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail pandemiyadan çıxan ilk ölkə olacaq: “Həyata qayıdış” kampaniyası

124 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu martın sonuna qədər 16 yaşdan yuxarı vətəndaşların hamısına koronavirusa qarşı peyvənd vurulacağını açıqlayıb.

Bu barədə “Hürriyet” yazıb.

“Pfizer” və “BioNTech” şirkətlərinin COVID-19-a qarşı peyvəndinin yeni partiyası bazar günü İsrailə gətiriləcək. “Pfizer”lə imzalanan anlaşma 16 yaşdan yuxarı bütün İsrail vətəndaşlarının “Həyata qayıdış” adlı kampaniya çərçivəsində martın sonuna qədər vaksinasiyasını təmin edəcək”, – deyə B.Netanyahu bildirib.

B.Netanyahu həmçinin vaksinasiya sayəsində 9.3 milyon əhalisi olan İsrailin COVID-19 pandemiyasından çıxan ilk ölkə olacağını qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678