Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Estoniyanın Baş naziri korrupsiya qalmaqalına görə istefaya getdi

258 Baxış

Estoniyanın Baş naziri Yuri Ratas Porto Franco əmlak şirkətinə dövlət krediti verilməsi ilə əlaqədar korrupsiya qalmaqalına görə istefa verib.

Bu barədə Baş nazir “Facebook” hesabında yazıb.

“Siyasətdə çətin vəziyyətlərin həlli üçün çox çətin seçimlər etməli olursan. Yaranmış vəziyyətdə şəxsi dəyərlərimdən çıxış edərək Estoniya Respublikasının Baş naziri postundan getmək barədə qərar qəbul etdim. Bu qərar hökumət, partiya fraksiyası, həmçinin yaxın siyasətçi həmkarlarımla müzakirə edilib. Müxtəlif qərarlar mümkün görünürdü, lakin onlardan yalnız biri düzgün idi”, – deyə Y.Ratas bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678