Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Makarena” rəqsini oynayan polislər məsuliyyətə cəlb ediləcək – VİDEO

139 Baxış

Fransada təxminən 30 nəfərə yaxın polis əməkdaşı sanitar qaydaları və komendant saatı qadağasını pozaraq Paris ətrafındakı polis bölmələrinin birində şənlik təşkil etdiyinə görə istintaqa cəlb olunub.

“RİA Novosti” Fransa KİV-lərinə istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparılıb və hüquq-mühafizə orqanları işçilərinin inzibati məsuliyyətə cəlb edilməsi gözlənir.

Qeyd edək ki, bir qrup polis əməkdaşının ziyafət təşkil edərək “Makarena” rəqsinin sədaları altında oynamasını əks etdirən görüntülər hadisədən bir neçə gün sonra mətbuata sızıb və böyük ictimai rezonans doğurub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678