Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Keçmiş respublikaçılar Trampa qarşı partiya yaradır

123 Baxış

Yüzdən çox keçmiş respublikaçı ABŞ-ın keçmiş Prezidenti Donald Trampa qarşı çıxmaq üçün yeni sağ mərkəzçi partiya yaratmaq üçün danışıqlar aparır.

Bu barədə “Reuters” xəbər yayır.

Həmin şəxslər partiyanın Trampa qarşı çıxmaq istəməməsi və “demokratiyanı pozmaq cəhdləri” səbəbindən Respublikaçılar sırasından ayrılmaq qərarına gəliblər.

Hələlik bu müzakirələr ilkin mərhələdədir.

Bildirilir ki, Ronald Reyqan, ata və oğul Corc Buşlar və Trampın özü də daxil olmaqla keçmiş 120 respublikaçı səlahiyyətli keçən həftə “Zoom” vasitəsi ilə keçirilən konfransında bu mövzunu müzakirə ediblər.

“Respublikaçılar partiyasının böyük hissəsi getdikcə radikallaşır və Amerika demokratiyasını təhdid edir. Partiya həqiqətə, ağıla və təməl ideallara sadiqliyini bir daha təsdiqləməlidir, əks halda yeni bir partiya yaratmağın vacibliyi sezilir”, – deyə siyasətçi Evan Makmallin bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678