Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tailandda baş verən toqquşmalarda bir polis həlak olub, onlarla şəxs xəsarət alıb – VİDEO

136 Baxış

Tailandda baş nazirin iqamətgahı qarşısında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 33 nəfər xəsarət alıb.

Bu barədə “ThaiPBS” telekanalı təcili tibb yardım mərkəzinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, toqquşmalarda 23 polis əməkdaşı və 10 nümayişçi xəsarət alıb.

Bundan əlavə, bir hüquq mühafizə orqanı əməkdaşının ürək tutması səbəbindən öldüyü də məlum olub.

Xatırladaq ki, Tailandda artıq bir neçə aydır baş nazirin istefası və ölkə konstitusiyasına düzəlişlərin edilməsi tələbi ilə etiraz aksiyaları keçirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678