Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Minneapolis şəhər rəhbərliyi Floydun qətlinə görə 27 milyon dollar təzminat ödəyəcək

119 Baxış

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhər rəhbərliyi Corc Floydun qətlinə görə mərhumun yaxınlarına 27 milyon dollar təzminat ödəyəcək.

Bu barədə “Associated Press” məlumat yayıb.

Məlumatda şəhər şurasının bugünkü iclasında qərarın yekdilliklə qəbul olunduğu bildirilir. Floyd ailəsinin vəkili Bencamin Kramp bildirib ki, sözügedən vəsait indiyədək afroamerikalının qətlinə görə ödəniləcək ən böyük kompensasiya məbləğidir.  

Xatırladaq ki, Corc Floyd ötən ilin mayın 25-də polis tərəfindən saxlanılan zaman qətlə yetirilib. Hazırda onun qətlində ittiham olunan keçmiş polis əməkdaşı Derek Şovinin işi üzrə məhkəmə prosesi gedir.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678