Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Villada müəmmalı hadisə: Bir ailənin dörd üzvü öldürüldü – FOTO

144 Baxış

Türkiyənin Antalya şəhərində bir ailənin dörd üzvünün meyiti tapılıb.

İHA xəbər verir ki, Muratpaşa rayonunda lüks villada yaşayan yaxınlarından xəbər tutmayan insanlar polisə xəbər veriblər.

Evə gələn polis orada 65 yaşlı Gülşən İşıq Gider, 73 yaşlı Müzəffər Gider, 45 yaşlı Qəmzə Gider və 40 yaşlı Mustafa Giderin meyitini aşkar ediblər.

Məlum olub ki, onları dördü də ov tüfəngi ilə vurulub.

İlkin məlumata görə, ailədə oğul Mustafa Gider anasını, atasını və bacısını öldürdükdən sonra intihar edib.

Hotellərdən birində fotoqraf olan Mustafa Giderin küllü miqdarda borcu var imiş.

Ekspertiza zamanı müəyyən edilib ki, M.Gider anasını və bacısını məxbəxtdə öldürüb, sonra isə üst mərtəbədə öldürdüyü atasının meyitini də onların yanına qoyub və intihar edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678