Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xocali soyqırımı ilə bağlı “Endless Corridor” (“Sonsuz Dəhliz”) filmi – VİDEO

152 Baxış

Litvalı rejissor Aleksandras Brokasın Xocalı faciəsi haqqında çəkdiyi “Sonsuz Dəhliz” (“Endless Corridor”) filmi ermənipərəstlər tərəfindən bloklanmağa çalışılır.

Xocalı soyqırımından bəhs edən film 27 sentyabrdan etibarən bir neçə saytdan silinib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük önəm daşıyan “Sonsuz Dəhliz” filmini təqdim edən saytları dəstəkləməniz xahiş olunur.

Qeyd edək ki, film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib.

Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və foto materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

“Sonsuz Dəhliz” filmini təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678