Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Suyatullanma yarışında bədbəxt hadisə: 12 yaşlı idmançı komaya düşdü

122 Baxış

Rusiyanın Kazan şəhərini təmsil edən 12 yaşlı idmançı Moskvada keçirilən suyatullanma yarışında ağır xəsarət alaraq komaya düşüb.

Bu barədə məlumat “Mutko protiv” “Telegram” kanalında yayımlanıb.

Qeyd olunur ki, idman hərəkətini icra etməyə cəhd edən yeniyetmənin başı tullandığı platformaya çırpılıb.

12 yaşlı idmançı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Hazırda süni tənəffüs aparatına qoşulu olan idmançının vəziyyəti kritik olaraq qiymətləndirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678