Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ prezidentini seçir

172 Baxış

Bu gün ABŞ-da prezident və vitse-prezident seçkiləri keçirilir.

Dövlət administrasiyasının hazırkı başçısı respublikaçı Donald Tramp və demokrat Cozef Bayden dövlət başçısı postu uğrunda mübarizə aparır.

ABŞ-da keçirilən ümumi seçkilərdə 35 senator, Nümayəndələr Palatasının bütün 435 üzvü, 13 ştata və əyalətə qubernatorlar və yerli hökumətlər seçiləcək.

TASS xəbər verir ki, Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində ilk məntəqə gecə yarısı seçkilər üçün açılıb.

Səsvermə “The Balsams Hotel”də aparılır. Otel təmsilçisinin sözlərinə görə, seçkilərdə ilk səsi 1960-cı ildən bəri kəndin beş sakini verir.

Nəticələri ümumiləşdirmək bir neçə dəqiqə çəkir və onlar dərhal elan olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678