Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tacikistan və Qırğızıstan hərbçiləri arasında silahlı toqquşma baş verdi, yaralılar var – VİDEO

119 Baxış

Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin hərbçiləri arasında silahlı toqquşama baş verib.

“RİA Novosti” agentliyi bu barədə Qırğızıstan sərhəd xidmətinin məlumatına istinadən xəbər verib.

“Tərəflərin hərbi birləşmələri arasında atışma başlayıb. İlkin məlumata görə, Tacikistan tərəfi minaatan heyətinin mövqelərini müəyyənləşdirir”, – Qırğızıstan sərhəd xidmətinin açıqlamasında qeyd olunur.

Bundan əlavə, Qırğızıstan sərhəd xidməti Tacikistan sərhədçilərini mülki əhalini qanlı hərəkətlərə təhrik etməkdə günahlandıraraq baş verə biləcək mümkün ölüm hadisələrinə görə qarşı tərəfin məsuliyyət daşıyacağını bəyan edib.

Öz növbəsində Tacikistan tərəfi də silahlı insidentə rəsmi münasibət bildirib.

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi bəyan edib ki, aprelin 29-da Qırğızıstan hərbçiləri Tacikistan sərhədçilərinə atəş açıblar.

Rəsmi Düşənbə Qırğızıstan tərəfinin hərəkətlərini Tacikistanla ikitərəfli müqavilələrin pozulması kimi qiymətləndirib.

İlkin məlumatlara görə, atışma nəticəsində hər iki tərəfdən 15 nəfər yaralanıb.

Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu təxminən 980 kilometr təşkil edir.

Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında mübahisəli ərazi problemləri ortaya çıxıb. Bunun nəticəsində sərhəddə ara-sıra qarşıdurma yaranır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678