Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Meksikada üç günlük matəm elan edildi

123 Baxış

Meksika Prezidenti Andres Manuel Lopez Obrador metro fəlakəti ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə fərman Federasiyanın rəsmi gündəliyində dərc olunub.

Bildirilir ki, prezidentin fərmanı dərc edildiyi gündən qüvvəyə minir və 7 may daxil olmaqla qüvvədə olacaq, dövlət bayraqları 4 və 6 may tarixlərində endirilməlidir.

Xatırladaq ki, Meksikanın paytaxtı Mexikoda üzərində qatar olan metro körpüsü çöküb. Faciə nəticəsində 24 nəfər həlak olub, 79 nəfər yaralanıb.

Hadisənin səbəbləri ilə bağlı istintaq başlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678