Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mahmud Əhmədinejat yenidən İranın prezidenti olmağa hazırlaşır

130 Baxış

İranın sabiq prezidenti Mahmud Əhmədinejat qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb.

Bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

64 yaşlı siyasətçi 2005-2013-cü illər aralığında İrana rəhbərlik edib.

İran qanunvericiliyinə görə, seçkidə iştirak etmək istəyən şəxs qeydiyyatdan keçdikdən sonra yalnız İran Konstitusiyasının Mühafizə Şurasının icazəsindən sonra prezident seçkilərində iştirak edə bilər.

İranda prezident seçkiləri iyunun 18-nə təyin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678