Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təyyarə havada olarkən göyərtədə dava düşdü – VİDEO

144 Baxış

Sərnişinlərdən birinin qeyri-adekvat davranışından sonra “Air France” aviaşirkətinin təyyarəsi reysi dayandırıb və təcili eniş etmək məcburiyyətində qalıb.

Bu barədə “Mirror” xəbər yayıb.

Hadisə Parisdən keçməklə Qanadan Nyu-Dehliyə gedən təyyarədə baş verib.

Şahidlərin sözlərinə görə, Fransa paytaxtından uçuşdan sonra bir kişi təyyarədə dava salıb. O, İsa Məsih barədə ədəbsiz ifadələr işlədib, ətrafdakıların iradına reaksiya verməyib, sonra isə pilot kabinəsinin qapısını döyərək heyət üzvlərini hədələyib.

Nəticədə təyyarə heyəti Bolqarıstan paytaxtında təcili eniş etmək qərarına gəlib. Qanun pozucusu saxlanılıb. O, hava səyahətinin təhlükəsizliyini pozmaqda günahlandırılıb. Təqsiri sübut olunsa, sərnişini 10 ilə qədər həbs cəzası gözləyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678