Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə dünəndən başlayan meşə yanğını davam edir – FOTO

125 Baxış

Türkiyənin Mersin şəhərində dünəndən başlayan meşə yanğınını söndürmək mümkün olmayıb.

“TRT Haber” məlumat verir ki, yanğın səbəbiylə 50 ev boşaldılıb.

Aydıncık rayonunun Pembecik mahalında şam ağacı meşəsində dünəndən başlayan yanğını söndürmək üçün bölgəyə göndərilən qruplar səhər saatlarına qədər ərazidə alova müdaxilə edib.

Güclü külək nəticəsində yanğını ram etmək çətinləşib və dəstək üçün ətraf vilayətlərdən əlavə qruplar yönləndirilib.

Təbii fəlakət ərazisinə 21 helikopter, üç təyyarə, 164 su çiləyən və 850 canlı qüvvə cəlb edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678