Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ronald Reyqanın müşaviri Putindən Rusiya vətəndaşlığı istədi

116 Baxış

ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, Ronald Reyqanın keçmiş müşaviri Suzanna Massi Rusiya vətəndaşlığı istəyib.

Bu barədə NTV məlumat yayıb.

O xatırladıb ki, uzun illər Rusiya və ABŞ xalqlarının yaxınlaşması üzərində işləyib və bu işini davam etdirmək niyyətindədir. Massi qeyd edib ki, bunun üçün o, mütləq Rusiyada qalmalıdır.

“Əgər Prezident Vladimir Putin mənə Rusiya vətəndaşlığı vermək imkanı tapsaydı, bu, mənim üçün şərəf olardı”, – deyə o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678