Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Amerikalı ekspert: “Ukraynanın NATO-ya qoşulması Rusiya və ABŞ arasında müharibəyə səbəb olacaq”

138 Baxış

“Ukraynanın NATO-ya daxil olması Rusiya və ABŞ arasında lazımsız və dağıdıcı müharibəyə səbəb olacaq”.

Bu sözləri “19FortyFive” portalında yayımlanan məqaləsində amerikalı istefada olan polkovnik-leytenant Deniel Devis yazıb.

“Digər rusiyalı liderlər kimi Putin də dəfələrlə bildirib ki, NATO əsgərlərinin Ukraynada olması Rusiyanın heç zaman keçilməsinə imkan verməyəcəyi qırmızı xətdir”, – deyə D.Devis bildirib.

Materialın müəllifi qeyd edir ki, ABŞ-ın iki əsas prioriteti var: nüvə silahına malik düşmənlə gərəksiz müharibədən qaçmaq və ABŞ xalqının rifahı.

Devisin fikrincə, Ukraynanın NATO-ya qoşulması hər iki prioriteti təhlükə qarşısında qoyacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678