Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan DİN-i Dmanisidəki kütləvi dava ilə bağlı istintaq aparır

125 Baxış

“Ötən gün Dmanisidə baş vermiş insidentlə bağlı axtarış-əməliyyat və istintaq tədbirləri davam etdirilir”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında deyib.

O, istintaqın zorakılıq maddəsi üzrə aparıldığını bildirib:

“Hadisədə iştirak edən şəxslər müəyyən ediləcək və barələrində müvafiq tədbirlər görüləcək”.

Nazir müavini insidentin bütün detallarının istintaq zamanı müəyyən ediləcəyini vurğulayıb.

Xatırladaq ki, mayın 16-da Dmanisidə azərbaycanlıya məxsus marketə svanlar taxta və dəmir dəyənəklərlə hücum edərək obyektdə dağıntılar törədiblər və bir neçə nəfərə ağır xəsarətlər yetiriblər.

Hazırda Gürcüstanın Dmanisi rayonunun mərkəzində yerli azərbaycanlılar aksiya keçirirlər.

Aksiyaçılar ötən gün kütləvi hücumun olduğu mağazanın yaxınlığında toplaşıblar.
Onlar bu cür halların Dmanisidə tez-tez baş verdiyini bildiriblər. Aksiya iştirakçıları aidiyyəti dövlət qurumlarından insidentlə bağlı müvafiq ölçü götürməyi və günahkarların cəzalandırılmasını tələb edirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678